Türkiyə və Azərbaycanın "Birlik Gücü-2026" təliminə hazırlıqları başa çatıb
Türkiyə və Azərbaycanın "Birlik Gücü-2026" təliminə hazırlıqlar başa çatdırılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X"də məlumat yayıb.
Məlumata görə, Türkiyə ordusunun 14-cü Mexanikləşdirilmiş Piyada Briqadası Komandanlığı tərəfindən təlimə hazırlıqları yekunlaşıb.
Təlim çərçivəsində bölmələr 15 sentyabrda Qars Qarnizonundan Azərbaycanın "Qızılqaya" və "Qarabağlar" təlim sahələrinə yerləşdirilməyə başlayıb.
23:41 17.09.2026
Oxunuş sayı: 44