"Qəbələ" "Neftçi"dən ayrılan Elvin Camalovla 2 illik müqavilə bağlayacaq
"Qəbələ" klubu yarımmüdafiəçi Elvin Camalovla 2 illik müqavilə bağlayacaq.
Bu barədə Crossmedia.az-a 31 yaşlı futbolçu məlumat verib.
Azərbaycan millisinin üzvü transferin yaxın vaxtda açıqlanacağını bildirib:
"2 illik müqavilə müddəti nəzərdə tutulub. Hər iki tərəf üçün uğurlu olmasını istəyirik. Transferin yaxın vaxtda açıqlanması gözlənilir".
Qeyd edək ki, 2025-ci ilin yanvarında "Neftçi"yə transfer olunan E.Camalov 2 gün əvvəl "ağ-qaralar"dan ayrılıb.
O, bu müddətdə Bakı klubunun heyətində 29 rəsmi oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə edib.
12:22 16.09.2026
Oxunuş sayı: 42