İlin ən uğurlu iş xanımı seçilmişdi – İndi məhkəmə qarşısındadır
"Moon Kids" uşaq bağçasının dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmovaya 3 il sınaq müddəti olmaqla şərti cəza verilib.
Crossmedia.az-ın məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə elan olunub.
Hökmə əsasən, Havvaxanım Rüstəmovaya 3 il dövlət qulluğunda vəzifə tutmaqdan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edililmə cəzası verilib. Onun cəzası 3 il sınaq müddəti olmaqla şərti hesab olunub.
Həmçinin iclasda dövlət ittihamçısı çıxış edərək olun 7 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, Havvaxanım Rüstəmova 2024-cü ilin iyulunda saxlanılıb.
Baş Prokurorluğun məlumatına görə, "Moon Kids" Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami rayon prokurorluğunda cinayət işi açılıb.
Cinayət işi üzrə MMC-nin direktoru Havvaxanım İmamət qızı Rüstəmova Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Sonradan onunla bağlı olan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.
"Moon Kids" uşaq bağçasının fəaliyyəti dayandırılıb.
Qeyd edək ki, Havvaxanım Rüstəmova 2023-cü ildə "İlin ən uğurlu iş xanımı" nominasiyasına layiq görülüb.
11:31 16.09.2026
Oxunuş sayı: 46