“Fakel”in 2:0 üstünlüyü heç-heçə ilə bitdi
“Fakel” və “Baltika” Rusiya Premyer Liqasının 8-ci turunda 2:2 hesablı heç-heçə ilə kifayətlənib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.
“Fakel”in heyətində Ravil Netfullin və Butta Maqomedov fərqlənərək komandanı 2:0 önə keçirib. “Baltika” isə Yeqor Qolenkov və Brayan Xilin qolları ilə hesabı bərabərləşdirib.
Xil 95-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. “Fakel” 8 oyundan sonra 3 xalla sonuncu, “Baltika” isə 11 xalla 7-ci pillədə qərarlaşıb.
17:25 12.09.2026
Oxunuş sayı: 46