Çinin texnologiya şəhərində gözlənilməz mənzərə
Çinin yüksək texnologiya sahəsində önə çıxan Hefey şəhərində elektrik avtomobilləri, displey panelləri və yarımkeçiricilər istehsalı sürətlə inkişaf edir. Lakin şəhərin mərkəzində mağazalar və ticarət obyektləri müştəri çatışmazlığından əziyyət çəkir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Agentliyin yazdığına görə, Hefeyin ətraf ərazilərində fabriklərin istehsal xətləri intensiv işləyir, mühəndislər isə yeni texnoloji layihələr üzərində çalışırlar.
Bununla belə, şəhər mərkəzində vəziyyət daha fərqlidir. Bir çox mağazada müştəri azlığı müşahidə olunur, satıcılar isə yoldan keçən insanları müxtəlif endirim və kampaniyalara cəlb etməyə çalışırlar.
“Reuters” Hefey modelinin milli texnologiya nəhənglərinin yaradılmasında uğurlu olduğunu, lakin əhalinin gəlirlərinin və istehlak xərclərinin istehsal artımının tempinə çatmadığını qeyd edir.
Zəif daxili istehlakın Çinin ixracata daha çox yönəlməsinə səbəb olduğu, bunun isə ölkənin əsas ticarət tərəfdaşları ilə gərginliyi artırdığı bildirilir.
08:30 12.09.2026
Oxunuş sayı: 41