İraqda yeni təhlükəsizlik mərhələsi başlayır
ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri İraqdan gündəlik olaraq çıxarılır və prosesin sentyabrın 30-dək tamamlanması gözlənilir.
Crossmedia.az xəbər verir ki, Kürdüstan Regional Hökumətinin daxili işlər naziri Rebar Əhməd Xalid bu barədə açıqlama verib.
Onun sözlərinə görə, qoşunların çıxarılması ABŞ və İraq arasında əldə olunan razılaşma çərçivəsində həyata keçirilir. Razılaşma koalisiya missiyasından iki ölkə arasında ikitərəfli təhlükəsizlik əməkdaşlığına keçidi nəzərdə tutur.
Beynəlxalq koalisiya təxminən on il əvvəl İŞİD-ə qarşı mübarizə məqsədilə yaradılmışdı.
10:18 11.09.2026
Oxunuş sayı: 50