Londonda silahlı hücum: polis 7 nəfəri saxladı
Londonda pala ilə silahlanan şəxslərin insanlara hücum etməsi nəticəsində 4 nəfər xəstəxanaya yerləşdirilib.
Crossmedia.az xəbər verir ki, “Daily Mail” bu barədə məlumat yayıb.
Hadisə Londonun cənub-şərqində yerləşən Bromli rayonunda baş verib.
Polis insidentlə bağlı 7 nəfəri saxlayıb. Hadisənin səbəbləri və saxlanılan şəxslərin hücumda hansı rolu olduğu barədə əlavə məlumat verilməyib.
22:51 10.09.2026
Oxunuş sayı: 55