SEPAH Hörmüz boğazında ABŞ dronunu məhv etdiyini açıqladı
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının girişində ABŞ-ə məxsus pilotsuz dəniz aparatını məhv etdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, SEPAH bu barədə məlumat yayıb.
SEPAH-ın açıqlamasına görə, ABŞ-nin “Saildrone” pilotsuz suüstü aparatı 5838 bort nömrəsi ilə boğazın girişində hədəfə alınıb.
İran tərəfi bildirib ki, ABŞ qüvvələri son günlər İran hərbçiləri ilə birbaşa toqquşmadan çəkinərək boğaza pilotsuz aparatları göndərib.
SEPAH həmçinin Hörmüz boğazının İranın nəzarətində olduğunu və ərazidə istənilən “düşmən mövcudluğunun” hədəf kimi qiymətləndiriləcəyini bəyan edib.
22:45 10.09.2026
Oxunuş sayı: 58