Rusiya dronlarında 100-ə yaxın xarici komponent aşkarlanıb
Rusiyanın Kiyev və digər şəhərlərə hücumlarda istifadə etdiyi reaktiv dronlarda 100-ə yaxın xarici istehsal komponenti aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, Ukrayna Prezidentinin sanksiya siyasəti üzrə səlahiyyətli nümayəndəsi Vladislav Vlasyuk bu barədə məlumat yayıb.
Onun sözlərinə görə, aşkarlanan komponentlər ABŞ, Çin, Tayvan, Avropa ölkələri, Almaniya və Yaponiyadan gətirilib.
Vlasyuk bildirib ki, Ukrayna hər bir komponenti seriya nömrəsi üzrə qeydə alır. Bu məlumatlar təchizat zəncirlərinin daha sürətli izlənməsi üçün məlumat bazalarının yaradılmasına imkan verir.
Toplanan məlumatların daha sonra Ukraynanın xarici tərəfdaşlarına ötürüldüyü qeyd olunub.
22:36 10.09.2026
Oxunuş sayı: 40