Britaniyada seçki sorğuları ilə bağlı qalmaqal böyüyür
Böyük Britaniyada ictimai rəy sorğuları keçirən şirkətlərin fəaliyyəti, xüsusilə də Reform UK partiyası ətrafında yaranmış qalmaqaldan sonra ciddi suallar doğurub.
Crossmedia.az xəbər verir ki, “Politico” bu barədə məlumat yayıb.
Qalmaqal iki yüksək vəzifəli partiya əməkdaşının istefasına səbəb olub. Məsələnin mərkəzində özlərini imkanlı amerikalı donor və onun oğlu kimi təqdim edən gizli jurnalistlərin verdiyi ianələr dayanır.
Həmin vəsait real seçki sorğularının keçirilməsinə xərclənib. Sorğular daha sonra maliyyələşmə mənbəyi açıqlanmadan ictimaiyyətə təqdim edilib.
Sorğuları Böyük Britaniyanın ictimai rəy araşdırmaları sahəsində tanınmış “JL Partners” şirkəti həyata keçirib.
Şirkət yeddi il əvvəl Böyük Britaniyanın keçmiş baş naziri Tereza Meyin müşaviri olmuş Ceyms Conson tərəfindən yaradılıb. “JL Partners” son illərdə ölkənin seçki sorğuları sektorunda tanınmış şirkətlərdən birinə çevrilib.
21:34 10.09.2026
Oxunuş sayı: 46