Rusiyalı hərbi bloqerlər: Cəbhədə vəziyyət ağırdır
Rusiya hərbi bloqerləri Liman istiqamətində vəziyyətin pisləşdiyini bildirərək rus ordusunun bəzi ön mövqelərdən geri çəkilməyə məcbur olduğunu etiraf edib.
Crossmedia.az xəbər verir ki, Müharibənin Öyrənilməsi İnstitutu (ISW) bu barədə hesabat yayıb.
Amerikalı analitiklərin məlumatına görə, Rusiya hərbi bloqerləri Liman yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin uğurlu əks-hücumlarını getdikcə daha çox etiraf edirlər.
Bəzi hərbi bloqerlər Rusiya komandanlığını cəbhədəki vəziyyət barədə yanlış məlumat yaymaqda açıq şəkildə tənqid ediblər.
Onlardan biri Ukrayna hərbçilərinin Liman yaxınlığında bir neçə aydır əks-hücumlar həyata keçirdiyini bildirib. Bununla yanaşı, Rusiya hərbi komandanlığının rəsmi məlumatları və digər Z-bloqerlərin xəritələri ilə bağlı ziddiyyətlərin olduğu qeyd edilir.
20:17 10.09.2026
Oxunuş sayı: 49