Litva nüvə silahına qadağanı aradan qaldıra bilər
Litva 2027-ci ilin əvvəlində ölkə ərazisində nüvə silahının yerləşdirilməsinə qoyulan qadağanı ləğv etməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, Litva Seyminin sədri Juozas Olekas bu barədə açıqlama verib.
Olekasın sözlərinə görə, müvafiq konstitusiya dəyişikliyinin qəbul edilməsi üçün parlamentin payız sessiyasının 2027-ci il yanvarın 13-dək uzadılması lazım gələ bilər.
Hazırda Litva Konstitusiyasının 137-ci maddəsi ölkə ərazisində kütləvi qırğın silahlarının yerləşdirilməsini qadağan edir. Konstitusiyaya dəyişiklik təşəbbüsü artıq parlament komitəsində dəstəklənib.
20:05 10.09.2026
Oxunuş sayı: 42