Alman deputatdan Rusiyaya qarşı sərt xəbərdarlıq
Almaniya Bundestaqının deputatı Norbert Röttgen Leypsiq hava limanında baş verənlərin Rusiyanın Almaniyaya qarşı təcavüzündə yeni mərhələyə işarə etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Norbert Rettgen bu barədə açıqlama verib.
“Demokratiyamız həm ölkə daxilində, həm də xarici təhdidlər qarşısında dayanıqlıdır. Ölkəmizi, vətəndaşlarımızı və onların azadlığını qorumaq üçün iradəmiz və vasitələrimiz var”, - deyə deputat bildirib.
20:07 10.09.2026
Oxunuş sayı: 47