Husilər Səudiyyənin üç alayının təslim olduğunu iddia edir
Husilər Səudiyyə Ərəbistanı ordusunun üç alayının silah və texnika ilə birlikdə təslim olduğunu iddia edib.
Crossmedia.az xəbər verir ki, husilərin nümayəndəsi bu barədə açıqlama verib.
Qruplaşmanın nümayəndəsinin sözlərinə görə, husilər həmçinin təxminən 2 600 kvadratkilometr əraziyə nəzarəti ələ keçirib və strateji əhəmiyyətli Moha liman şəhərini nəzarətə götürüblər.
Qeyd olunan məlumatlar hələlik husilərin açıqlamasına əsaslanır.
19:56 10.09.2026
Oxunuş sayı: 41