İsrail müdafiə naziri İran yəhudilərinə müraciət etdi
İsrailin müdafiə naziri İsrael Kats İranın yəhudi icmasına müraciət edərək gələn il Tehranda vəziyyətin köklü şəkildə dəyişə biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, İsrael Kats bu barədə açıqlama verib.
Kats bu müraciəti Roş ha-Şana bayramı, yəni yəhudi Yeni ili ərəfəsində edib.
“Gələn il Tehranda zülm və tiranlıqdan xilas olacağıq”, - deyə İsrailin müdafiə naziri bildirib.
Kats eyni zamanda İran rəhbərliyinə sərt xəbərdarlıq edib. Onun sözlərinə görə, İsrailə “istənilən səbəbdən və istənilən yerdə” ediləcək hücum genişmiqyaslı cavabla nəticələnəcək.
Nazir bildirib ki, yeni hücum baş verərsə, İsrail İranın əsas enerji obyektlərinə zərbələr endirə bilər.
“Belə bir zərbə İranı onilliklər geriyə atacaq”, - deyə Kats qeyd edib. O əlavə edib ki, bunun İran hakimiyyətinə təzyiqi də artıracağını düşünür.
19:36 10.09.2026
Oxunuş sayı: 41