İran neftini Çin mallarına dəyişir
İran neftini Çin malları ilə barter yolu ilə dəyişir və bu mexanizm vasitəsilə idxalı maliyyələşdirir.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Məlumata görə, son bir ildə xüsusi əməliyyat strukturu vasitəsilə təxminən 2-2,5 milyard dollar həcmində vəsait dövriyyədən keçib.
Bu vəsait hesabına dərman preparatları, avtomobillər, rabitə vasitələri və bəzi hərbi avadanlıqlar da daxil olmaqla müxtəlif məhsulların idxalı maliyyələşdirilib.
19:31 10.09.2026
Oxunuş sayı: 38