ABŞ-dən gözlənilməz mesaj: Azərbaycan və Ermənistan arasında sülh daha tez əldə oluna bilər
ABŞ Nümayəndələr Palatasının üzvü Abraham Hamade Azərbaycan və Ermənistan arasında sülh prosesinin bir çoxlarının gözlədiyindən daha sürətlə irəlilədiyini bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Onun sözlərinə görə, yekun sülh sazişi Donald Trampın hazırkı prezidentlik müddətinin başa çatmasından xeyli əvvəl imzalana bilər.
Hamade qeyd edib ki, onun qiymətləndirməsinə görə, hər iki tərəf Cənubi Qafqazda sülhün və rifahın təmin olunması istiqamətində qətiyyət nümayiş etdirir.
ABŞ konqresmeni həmçinin prosesdə ABŞ-nin gələcək iştirakının və TRIPP layihəsinin həyata keçirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, layihə Bakı ilə İrəvan arasındakı əlaqələri gücləndirə, regionu yeni ticarət və investisiya imkanları üçün aça bilər.
19:01 10.09.2026
Oxunuş sayı: 52