Lukaşenko: Ölkəmiz kazinoya çevrilib
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə maliyyə ilə bağlı vəziyyəti tənqid edərək ölkənin “kazinoya çevrildiyini” bildirib.
Crossmedia.az xəbər verir ki, “BELTA” bu barədə məlumat yayıb.
Lukaşenko pul üzərində riskli oyunlar oynayan şəxslərə diqqət çəkib və böyük məbləğlərlə maliyyə əməliyyatları aparanları tənqid edib.
O, ölkədə pulun necə dövr etdiyinə dair narahatlığını ifadə edərək mövcud vəziyyəti kazino ilə müqayisə edib.
18:47 10.09.2026
Oxunuş sayı: 50