Ukraynadan Rusiyanın müxtəlif bölgələrinə KÜTLƏVİ ZƏRBƏLƏR
Ukrayna hərbçiləri son 24 saat ərzində Rusiyanın müharibəni təmin edən 8 infrastruktur obyektini vurduqlarını açıqlayıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, zərbələrdən biri Yamal-Nenets Muxtar Dairəsində yerləşən neft emalı müəssisəsinə endirilib. Həmçinin Dağıstanda dəniz limanının hədəf alındığı bildirilib.
Ukrayna tərəfi Moskva, Voronej, Həştərxan və Bryansk vilayətlərində də müharibə üçün istifadə olunan infrastruktura zərbələr endirildiyini açıqlayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski də son sutka ərzində 8 Rusiya infrastruktur obyektinin vurulduğunu bildirib. Onun sözlərinə görə, bu zərbələr Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi hücumlara cavab xarakteri daşıyır.
14:04 10.09.2026
Oxunuş sayı: 47