Emin Əmrullayev: Azərbaycan təhsilə beynəlxalq əməkdaşlığın mühüm tərkib hissəsi kimi yanaşır
Azərbaycan təhsilə beynəlxalq əməkdaşlığın mühüm tərkib hissəsi kimi yanaşır, bu siyasətin əsas mexanizmlərindən biri isə əcnəbi tələbələr üçün qrant proqramlarıdır.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) yaradılmasının 15 illiyinə həsr olunmuş "Humanitar yardım və inkişaf naminə əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin gücləndirilməsinə dair Konfrans"da bildirib.
10:57 10.09.2026
Oxunuş sayı: 45