DSMF: 8 ayda 97 798 nəfər sosial ödənişlə təmin olunub
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 97 798 nəfərə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.
Crossmedia.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.
Məlumata görə, onların 52,9 %-ni kişilər, 47,1 %-ni isə qadınlar təşkil edib.
10:37 10.09.2026
Oxunuş sayı: 42