Paşinyan Fransaya iki günlük səfərə gedib
Ermənistanın baş naziri Nikol Paşinyan Fransaya iki günlük işgüzar səfərə gedib.
Crossmedia.az xəbər verir ki, Ermənistan hökumətinin mətbuat xidməti bu barədə məlumat yayıb.
Paşinyan səfər çərçivəsində Parisdə keçirilən Beynəlxalq Kosmik Sammitdə iştirak edəcək. Sammit sentyabrın 9-10-da keçirilir.
Ermənistanın baş nazirinin Fransanın prezidenti Emmanuel Makronla görüşünün də planlaşdırıldığı bildirilir.
Səfərin digər detalları barədə Ermənistan hökuməti əlavə məlumat verməyib.
16:18 09.09.2026
Oxunuş sayı: 43