Neft zavoduna hücum xəbəri Səudiyyə birjasına təsir etdi
“Saudi Aramco”nun səhmləri Səudiyyə Ərəbistanının Jizan şəhərindəki neft emalı zavoduna hücum edildiyi barədə xəbərlər fonunda 0,2 faiz ucuzlaşıb.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Məlumata görə, Səudiyyə Ərəbistanının əsas fond indeksi 0,4 faiz geriləyib. İndeksdə “Saudi Aramco”nun səhmləri 0,2 faiz, “Al Rajhi Bank”ın səhmləri isə 0,5 faiz dəyər itirib.
“Financial Times” Jizandakı “Saudi Aramco”ya məxsus neft infrastrukturunun hücuma məruz qaldığını və hadisə nəticəsində dəymiş zərərin qiymətləndirildiyini bildirib.
Jizan Səudiyyə Ərəbistanının Yəmən sərhədinə yaxın yerləşən mühüm sənaye şəhəridir. Burada gündəlik 400 min barel emal gücünə malik neft emalı zavodu və digər enerji infrastrukturu yerləşir.
“Saudi Aramco”nun Jizan obyektləri bundan əvvəl də hücuma məruz qalıb. Şirkət əvvəlki hücumların neft hasilatında müəyyən fasilələr yaratdığını, lakin bunun əməliyyat və maliyyə baxımından əhəmiyyətli təsir göstərmədiyini açıqlamışdı.
09:38 08.09.2026
Oxunuş sayı: 43