Lavrov NATO-nun mövcudluğunun uzun sürməyəcəyini açıqlayıb
Rusiyanın xarici işlər naziri Sergey Lavrov NATO-nun gələcəyinə dair fikirlərini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Lavrovun sözlərinə görə, NATO Sovet İttifaqının dağılmasından sonra Varşava Müqaviləsi Təşkilatı kimi özünü buraxmalı idi. Lakin alyans bunu etməyib.
“Əvvəlcə NATO-nun Əfqanıstandakı hadisələr fonunda bu hərbi bloku qoruyub saxlamaq üçün səbəbi var idi. Sonra bu hekayə NATO üçün uğursuz başa çatdıqda, onlar oradan qaçdılar və sovet təhlükəsinin əvəzinə Rusiya təhlükəsini uydurdular”, – Lavrov deyib.
Rusiya XİN rəhbəri NATO-nun uzun müddət mövcudluğunu davam etdirəcəyinə inanmadığını bildirib. Onun sözlərinə görə, alyansın fəaliyyətini davam etdirmək üçün yeni səbəblər yaratmaq cəhdi uzun müddət davam edə bilməz.
18:50 03.09.2026
Oxunuş sayı: 43