Venesuelada neft hasilatı 25% artıb
ABŞ-ın energetika naziri Kris Rayt Venesuelada neft hasilatının artıq 25 faiz, ixracın isə 50 faiz artdığını bildirib.
Crossmedia.az xəbər verir ki, ABŞ Energetika Nazirliyi bu barədə məlumat yayıb.
Rayt ABŞ-ın Venesuelada “Trampın tempi ilə” fəaliyyət göstərdiyini deyib.
Onun sözlərinə görə, bəzi neft yataqlarında hasilat artıq sürətlə artır və gündə təxminən 200 min barel neft istehsal olunur. Digər yataqlar isə əvvəllər demək olar ki, işlənməyib və Rusiya və ya Çin şirkətləri ilə tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərib.
Rayt bildirib ki, mövcud hasilat səviyyəsi qorunarsa, Venesuelanın neft hasilatı bu onilliyin sonuna qədər iki dəfə arta bilər.
“Biz hesab edirik ki, hətta hazırkı hasilat səviyyəsində belə, onun həcmi bu onilliyin sonuna qədər iki dəfə arta bilər”, - deyə Rayt bildirib.
13:06 03.09.2026
Oxunuş sayı: 44