Avropada faizlərlə bağlı kritik qərar gözlənilir
Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Yoahim Naqel sentyabr ayında faiz dərəcəsinin artırılmasını dəstəklədiyinə işarə edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Naqel bildirib ki, bazarların faiz artımını 95 faizdən yüksək ehtimalla qiymətləndirməsi kifayət qədər əsaslıdır. O qeyd edib ki, avrozonada inflyasiya təxminən 3 faiz səviyyəsində qalır və bu göstərici AMB-nin 2 faizlik hədəfindən yüksəkdir.
AMB-nin sentyabrın 10-da depozit faizini 0,25 faiz bəndi artıraraq 2,50 faizə çatdıracağı gözlənilir.
21:55 02.09.2026
Oxunuş sayı: 46