Arktikada TƏHLÜKƏ SİQNALI: Rusiya Qərbi ittiham etdi
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Qərb ölkələrinin Arktikanı geosiyasi və hərbi rəqabət zonasına çevirdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Aleksandr Qruşko bu barədə Şərq İqtisadi Forumunda danışıb.
Onun sözlərinə görə, Arktikada keçirilən hərbi təlimlər və digər fəaliyyətlər regionda gərginliyin artmasına səbəb olur. Qruşko bu prosesin daha əvvəl Baltik dənizində baş verdiyini iddia edib.
Rusiya rəsmisi NATO-nun Arktikada hərbi fəaliyyətlərini genişləndirdiyini və bölgə üçün silahlar aldığını da söyləyib. O, Norveçin uzun illər təhlükəsizlik sisteminin bir hissəsi olan özünüməhdudiyyətlərdən imtina etdiyini və bunun Rusiya üçün əlavə təhlükəsizlik narahatlığı yaratdığını qeyd edib.
Qruşkonun fikrincə, Arktikada baş verən proseslər regionu getdikcə böyük dövlətlər arasında geosiyasi və hərbi rəqabət meydanına çevirir.
16:42 02.09.2026
Oxunuş sayı: 45