ABŞ Almaniyaya dəstəyini açıqladı
ABŞ-nin NATO-dakı səfiri Metyu Uitaker Almaniyaya və digər NATO müttəfiqlərinə qarşı təhlükələr fonunda Vaşinqtonun həmrəyliyini ifadə edib.
Crossmedia.az xəbər verir ki, Anadolu Agentliyi bu barədə məlumat yayıb.
Uitaker sosial şəbəkədəki paylaşımında ABŞ-nin Almaniya və bütün müttəfiqlərlə NATO ərazisində zərər və xaos yaratmaq cəhdləri qarşısında həmrəy olduğunu bildirib.
O, həmçinin ABŞ-nin NATO-nun kollektiv müdafiəsinə sadiqliyini vurğulayıb və müttəfiqlərin alyansa qarşı bütün təhdidlərin qarşısını almaq üçün öz imkanlarını artırmasının vacibliyini qeyd edib.
Uitakerin açıqlaması Almaniyanın Leypsiq hava limanında baş vermiş uğursuz pilotsuz uçuş aparatı hücumuna görə Rusiyanı məsul tutmasından sonra səslənib. Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt hücumun Rusiya kəşfiyyat xidmətləri tərəfindən planlaşdırıldığını bildirib. Moskva isə bu ittihamları rədd edib.
16:24 02.09.2026
Oxunuş sayı: 40