Bakıda 46 küçədə təmir işləri yükunlaşdırılıb
Bakı şəhərində 46 küçədə təmir işləri yükunlaşdırılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, Bakı şəhərinin bütün rayonlarını əhatə edən genişmiqyaslı təmir proqramı icra olunur. Proqram çərçivəsində 111 küçə və prospektin təmiri nəzərdə tutulub.
Artıq 46 küçədə işlər yekunlaşıb, ümumilikdə 32 kilometr uzunluğunda yol yenilənib. Hazırda 20 küçədə təmir işləri davam etdirilir.
Proqrama daxil olan digər küçə və prospektlərdə də işlər mərhələli şəkildə həyata keçiriləcək.
19:48 01.09.2026
Oxunuş sayı: 55