Ailə 1 dollara ev aldı
Kaliforniyada ailə 1 dollara aldığı tarixi evi yanğında məhv olan ərazisinə köçürərək yeni evə çevirib.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Martinez ailəsi Eaton yanğınında Altadenadakı evini itirdikdən sonra ənənəvi şəkildə yeni ev tikmək əvəzinə, təxminən 100 illik tarixi evi cəmi 1 dollara alaraq öz ərazisinə köçürüb.
“Pinky” adlandırılan ev Los-Ancelesin Hollivud bölgəsində sökülmək təhlükəsi ilə üzləşib. Ailə evi xilas edərək yeni yaşayış məkanına çevirmək qərarına gəlib.
Tudor Revival üslubunda inşa edilən 2 500 kvadrat fut, yəni təxminən 232 kvadratmetrlik ev daşınma üçün iki hissəyə bölünüb. Daha sonra ev yük maşınları ilə 26 mil, təxminən 42 kilometr məsafə qət edərək ailənin yanğından sonra boş qalan torpaq sahəsinə yerləşdirilib.
Bu köçürmə Los-Ancelesdəki “Omgivning” memarlıq şirkətinin 2025-ci ildə başladığı “Historic House Relocation Project” layihəsi çərçivəsində həyata keçirilib. Layihənin məqsədi sökülmə təhlükəsi ilə üzləşən köhnə evləri qorumaq və eyni zamanda meşə yanğınları nəticəsində evlərini itirmiş ailələrə alternativ yaşayış imkanı yaratmaqdır.
Layihə çərçivəsində sökülməsi planlaşdırılan tarixi evlər müəyyən edilir və onları yeni ev tikən ailələrlə uyğunlaşdırılır.
Martinez ailəsi üçün bu həll daha geniş və tarixi xüsusiyyətlərini qoruyan bir ev əldə etmək imkanı yaradıb. Eyni zamanda, sökülmək təhlükəsində olan “Pinky” adlı ev də yeni bir ərazidə öz tarixini davam etdirmək şansı qazanıb.
14:45 31.08.2026
Oxunuş sayı: 57