Avropada meşə yanğınları 600 min hektarı əhatə edib
2026-cı ildə Avropada meşə yanğınları nəticəsində 600 min hektar ərazi zərər görüb.
Crossmedia.az xəbər verir ki, BMT-nin Avropa İqtisadi Komissiyasının meşə təsərrüfatı üzrə əməkdaşı Roman Mixalak bu barədə “Anadolu”ya açıqlama verib.
Mixalak bildirib ki, 2026-cı il Avropa meşələrinə ciddi təsir göstərən illərdən biri olub. Onun sözlərinə görə, isti hava mövsümü erkən başlayıb və yalnız 2026-cı ilin iyulunda bir həftə ərzində təxminən 200 min hektar meşə yanıb.
O qeyd edib ki, bu göstərici Avropa İttifaqı ölkələri üçün rekord il olan 2025-ci ildə qeydə alınan göstəricidən xeyli yüksəkdir.
İnsanlar da təxliyə edilib
Yanğınların insanlara, infrastruktura və digər ərazilərə də ciddi ziyan vurduğu bildirilib.
Mixalakın sözlərinə görə, yalnız İspaniya və Fransada təxminən 400 min insan təxliyə edilməli olub. O, mövcud vəziyyətin narahatlıq doğurduğunu vurğulayıb.
14:56 29.08.2026
Oxunuş sayı: 59