Azərbaycan banklarının xalis xarici aktivləri 21 %-ə yaxın artıb
Bu ilin avqustun 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 32 milyard 10,1 milyon manat təşkil edib.
Crossmedia.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyulun 1-i müqayisədə 2,5 %, ilin əvvəlinə nisbətən 23,9 %, 2025-ci ilin avqustun 1-i ilə müqayisədə isə 20,8 % çoxdur.
Hesabat tarixinə bankların xalis daxili aktivləri 21 milyard 915,4 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 1 % çox, ilin əvvəlinə nisbətən 8,75 % az, ötən il avqustun 1-i ilə ilə müqayisədə isə 3,4 % çoxdur.
Azərbaycanda ümumi aktivləri 60 milyard 979,9 milyon manat olan 21 bank fəaliyyət göstərir.
11:23 29.08.2026
Oxunuş sayı: 51