Belçika ABŞ səfirinin sosial şəbəkədəki paylaşımına görə qəzəblənib
Belçikanın xarici işlər naziri Maksim Prevo ABŞ-nin Belçikadakı səfiri Bill Uaytı sosial şəbəkədə Belçikanın səhiyyə nazirinə yönəlmiş istehzalı paylaşımına görə Xarici İşlər Nazirliyinə çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Məlumata görə, Uayt Belçikanın səhiyyə naziri Frank Vandenbrukun süni intellektlə hazırlandığı ehtimal edilən fotosunu paylaşaraq Belçikanın əsas uğursuzu kimdir? ifadəsini yazıb. Şəkildə nazir siqaret qutusunun üzərində təsvir olunub və qutunun üzərində Vandenbruk. Həyatın bütün sevinclərini məhv edir yazısı yer alıb.
Prevo səfirin Belçika hökumətinin üzvünə qarşı belə təhqiramiz ifadələr işlətməsinin qəbuledilməz olduğunu bildirib. Belçika Xarici İşlər Nazirliyi də səfirin çağırıldığını təsdiqləyib.
“Politico”nun yazdığına görə, paylaşımın Vandenbrukun alkoqol reklamlarında sağlamlıqla bağlı xəbərdarlığın sərtləşdirilməsi təşəbbüsünə istehza məqsədi daşıdığı ehtimal olunur.
18:57 28.08.2026
Oxunuş sayı: 41