Almaniyada işsizlərin sayı 3 milyonu keçdi
Almaniyada işsizlərin sayı avqust ayında 3,061 milyon nəfərə yüksəlib, işsizlik səviyyəsi isə 6,5 faizə çatıb.
Crossmedia.az xəbər verir ki, Almaniya Federal Məşğulluq Agentliyi bu barədə məlumat yayıb.
Agentliyin məlumatına görə, işsizlərin sayı iyul ayı ilə müqayisədə 54 min nəfər artıb. Ötən ilin avqust ayı ilə müqayisədə isə işsizlərin sayı 36 min nəfər çoxalıb.
İşsizlik səviyyəsi iyul ayındakı 6,4 faizdən 6,5 faizə yüksəlib.
Federal Məşğulluq Agentliyinin rəhbəri Andrea Nahles əmək bazarında mövsümi amillərdən başqa ciddi dinamikanın müşahidə olunmadığını bildirib.
17:16 28.08.2026
Oxunuş sayı: 57