Ukraynada ərzaq anbarlarının 90 faizi məhv edilib – Nazir
Ukraynanın kənd təsərrüfatı siyasəti naziri Taras Visotski Rusiyanın ölkədə ticarət şəbəkələrinə məxsus ərzaq anbarlarının təxminən 90 faizini məhv etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Visotskinin sözlərinə görə, zərbələr nəticəsində ərzaq məhsullarının ticarət şəbəkələri üzrə logistika infrastrukturunun böyük hissəsi sıradan çıxarılıb.
Nazir bunun ölkə əhalisinin ərzaqla təminatında tam fasiləyə səbəb olmayacağını vurğulayıb. O bildirib ki, ərzaq məhsullarının operativ çatdırılması üçün alternativ logistika üsullarından, o cümlədən birbaşa nəqliyyat vasitələri ilə təchizatdan istifadə ediləcək.
16:36 28.08.2026
Oxunuş sayı: 44