Lavrov: Qərb diplomatiyasının əsasında aldatma dayanır
Rusiya xarici işlər naziri Sergey Lavrov Qərb ölkələrinin diplomatiyasının əsasını aldatmanın təşkil etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.
Lavrov Rusiyanın Qərbə nə qədər müddət etibar edəcəyi ilə bağlı suala cavabında Moskva üçün etimad məsələsinin sadəlövhlükdən irəli gəlmədiyini deyib.
Nazirin sözlərinə görə, Rusiya xalqı dindar xalqdır və insanların səbrini ifadə edən çoxsaylı atalar sözləri var.
Lavrov vurğulayıb ki, bu yanaşma xalqın sadəlövhlüyü deyil, “yaramaz insanın tamamilə yaramaz ola bilməyəcəyinə” dair ümiddən qaynaqlanır.
10:23 28.08.2026
Oxunuş sayı: 60