16 illik İran xəbərinin saxta olduğu etiraf edildi
˝The Guardian˝ qəzetinin keçmiş jurnalisti Səid Kamali Dehqan 16 il əvvəl İranla bağlı dərc etdiyi qalmaqallı materialın saxta olduğunu etiraf edib.
Crossmedia.az xəbər verir ki, söhbət 2010-cu ildə qəzetdə yayımlanan və İran qadını Səkinə Məhəmmədi Aştiani ilə eksklüziv müsahibə olduğu iddia edilən yazıdan gedir.
Materialda qadının daşqalaq edilərək edam cəzasına məhkum edildiyi bildirilmişdi. Yazı daha sonra bir sıra xarici KİV-lər tərəfindən geniş şəkildə yayımlanmışdı.
Dehqan indi həmin müsahibənin heç vaxt baş tutmadığını açıqlayıb. O, oxuculardan üzr istəyərək materialı tamamilə uydurduğunu etiraf edib.
Jurnalist bildirib ki, sözügedən hekayə uydurma və tamamilə yalan olub və buna görə məsuliyyəti öz üzərinə götürür.

21:27 27.08.2026
Oxunuş sayı: 37