Bu heyvanın ətini yeməyin - yüzlərlə xəstəlik yaradır
Cənubi Koreyada it ətinin istehsalı və istehlakının dayandırılmasına yönəlmiş qərar bu mövzunu yenidən gündəmə gətirib. İtlərdən insanlara müxtəlif xəstəliklərin keçmə ehtimalı, eləcə də ətin sanitar və gigiyenik qaydalara uyğun emal olunmaması sağlamlıq baxımından risklər yarada bilər. Mütəxəssislər heyvan mənşəli məhsulların istehsalı, kəsimi və hazırlanması zamanı baytarlıq və sanitariya nəzarətinin vacibliyini vurğulayırlar.
Terapevt Şahvələd Məmmədov Crossmedia.az-a açıqlamasında bildirib ki, baytarlıq nəzarətindən keçməmiş itlərlə təmas və onların ətinin istehlakı müxtəlif xəstəliklərin yayılmasına səbəb ola bilər: “Cənubi Koreyada artıq parlament it ətinin istehsalı və istehlakının dayandırılması haqqında qərar qəbul edib. İtlərdən insanlara sirayət edə biləcək xəstəliklər o qədər çoxdur ki, yəqin ki, qərar məhz bu baxımdan verilib. İndi dünyada elə ölkələr var ki, bəlkə də bizdən qat-qat çox it saxlamaqla məşğuldurlar; elə ölkə var ki, demək olar, hər evdə it var. Təbii ki, baytarlıq nəzarətindən keçməmiş itləri saxlamaq və ya onlarla təmasda olmaq özü bir problemdir. O ki qaldı it ətinin insan orqanizmində yaratdığı xəstəliklərə, nəzərə alsaq ki, bu bizim ölkəmizdə mövcud deyil — yalnız bəzi Şərqi Asiya ölkələrində, məsələn, Çində və Koreyada istifadə olunur — onların yaratdığı xəstəliklər çox rəngarəngdir".
Terapevt qeyd edib ki, sanitariya şəraiti və hazırlanma prosesi: İt ətinin hazırlanması zamanı onun ağız boşluğunun selikli qişasından və tüpürcək vəzilərindən emal dövründə insanlara müxtəlif xəstəliklər yoluxa bilər: "Parazitar xəstəliklər: Bu ətin istehlakı trixinellyoz, kəpənək qurdu kimi tanınan exinokok və digər parazitar xəstəliklərin yoluxmasına şərait yaradır. Bağırsaq infeksiyaları: Ət düzgün hazırlanmadıqda, emal edilmədikdə və ya kifayət qədər qaynadılıb bişirilmədikdə dizenteriyaya qədər kəskin bağırsaq infeksiyalarına səbəb ola bilər. Buna görə də it ətinin emalı, istehsalı və istehlakı məsələsi çox mürəkkəb bir prosesdir. Ümumiyyətlə, heyvan ətinin istehsalı, kəsimi, hazırlanması və qablaşdırılması prosesində çox diqqətli olmaq lazımdır”.
Zeynəb Həsən
15:40 27.08.2026
Oxunuş sayı: 53