Əraqçı ABŞ-ni iqtisadi terrorizmdə ittiham edib
İranın xarici işlər naziri Abbas Əraqçı BMT-nin Baş katibi Quterreşə, Təhlükəsizlik Şurasının sədrinə və təşkilata üzv dövlətlərə məktub göndərərək ABŞ-ni İrana qarşı iqtisadi terror əməliyyatı həyata keçirməkdə ittiham edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Əraqçının sözlərinə görə, Vaşinqtonun avqustun 24-də elan etdiyi və təkrar sanksiyalar təhdidini ehtiva edən tədbirlər digər dövlətləri Tehranla qanuni iqtisadi əlaqələri kəsməyə məcbur etməyə yönəlib.
Əraqçı bəyan edib ki, bu cür siyasət dövlətlərin suveren bərabərliyi və müdaxilə etməmək prinsiplərini pozur.
Araqçı, həmçinin ABŞ-ni mülki əhali üçün təhlükə yaratmaqda ittiham edərək bildirib ki, sanksiyalar ərzaq, dərman, tibbi avadanlıq və enerjiyə çıxışı məhdudlaşdıra bilər.
O, BMT Təhlükəsizlik Şurasını birtərəfli sanksiyaları pisləməyə və Vaşinqtondan üçüncü ölkələrə təzyiqi dayandırmağı tələb etməyə çağırıb.
21:45 26.08.2026
Oxunuş sayı: 41