HƏMAS Qəzzada hakimiyyəti təhvil verməyə razılaşıb
Qəzzada Sülh Şurasının baş katibi Nikolay Mladenov BMT Təhlükəsizlik Şurasında bildirib ki, HƏMAS və digər silahlı qruplaşmalar ilk dəfə silahların mərhələli şəkildə təhvil verilməsini və Qəzzadakı mülki və təhlükəsizlik səlahiyyətlərinin keçid administrasiyasına ötürülməsini nəzərdə tutan 15 maddəlik planla razılaşıblar.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Planın icrası ilə bağlı əsas fikir ayrılığı İsrail qüvvələrinin Qəzzadan çıxarılmasının hansı mərhələdə baş verəcəyi ilə bağlıdır: İsrail əvvəlcə HƏMAS-ın tam tərksilah edilməsini tələb edir, plan isə qarşılıqlı və mərhələli prosesi nəzərdə tutur.
Mladenov bildirib ki, prosesin irəliləməsi üçün Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin Qəzzada yerləşdirilməsi və tərəflərin üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməsi vacibdir.
21:25 26.08.2026
Oxunuş sayı: 53