Qəzzada son sutkada 7 fələstinli öldürülüb
Son 24 saat ərzində İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində 7 fələstinli həyatını itirib, 10 nəfər isə yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, son sutka ərzində xəstəxanalara 7 nəfərin meyiti və 10 yaralı çatdırılıb.
Atəşkəs rejiminin 10 oktyabr 2025-ci ildə qüvvəyə minməsindən sonra Qəzzada İsrailin hücumları nəticəsində 1 303 nəfər ölüb, 4 336 nəfər yaralanıb. Bundan başqa, dağıntılar altından 814 nəfərin meyiti çıxarılıb.
2023-cü ilin oktyabrından bəri Qəzza zolağına hücumlarda ölənlərin ümumi sayı 73 438 nəfərə, yaralananların sayı isə 174 447 nəfərə çatıb.
17:52 26.08.2026
Oxunuş sayı: 40