Ermənistan Aİ-yə heç vaxt olmadığı qədər yaxınlaşıb
Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri üzrə nümayəndəsi Markus Lammerdt Ermənistanın hazırda heç vaxt olmadığı qədər Aİ-yə yaxın olduğunu bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, may ayında İrəvanda keçirilən “Ermənistan – Aİ” sammitinin uğurlu nəticələrini və Ermənistan tərəfindən qəbul edilən qanunun simvolik əhəmiyyətini vurğulayıb.
Lammerdt qeyd edib ki, Ermənistanın Aİ-yə üzv olması üçün ilk növbədə bu niyyətini rəsmi şəkildə bəyan etməsi lazımdır. Onun sözlərinə görə, üzvlük prosesi əldə olunan nəticələr və meyarlar əsasında qurulur.
Avropa Komissiyasının nümayəndəsi Paula Pinyu isə Aİ-nin cəlbediciliyini vurğulayıb və Ursula fon der Lyayenin Ermənistan vətəndaşlarının Avropaya inteqrasiya istəyini dəstəklədiyini xatırladıb.
20:58 25.08.2026
Oxunuş sayı: 44