Dehlidə 70 yaşlı təqaüdçü müəllimə qarət zamanı öldürülüb
Hindistanın paytaxtı Dehlidə 70 yaşlı təqaüdçü müəllimə Priti Kumar evində qarət zamanı öldürülüb.
Crossmedia.az xəbər verir ki, “India Today” bu barədə məlumat yayıb. Hadisə cümə günü səhər saatlarında şəhərin Cangpura rayonunun Pantnaqar ərazisində baş verib.Polis hadisə ilə bağlı bir neçə şübhəlini saxlayaraq dindirir. Araşdırma qrupları oğurlanan əşyaların tapılması üçün əməliyyatlar keçirir. Hüquq-mühafizə orqanları həmçinin ətraf ərazilərdəki təhlükəsizlik kameralarının görüntülərini araşdırır və cinayətkarların evə necə daxil olduğunu müəyyənləşdirməyə çalışır.
18:51 23.08.2026
Oxunuş sayı: 52