Əraqçi islam ölkələrini əməkdaşlığı gücləndirməyə çağırdı
İranın xarici işlər naziri Abbas Əraqçi islam ölkələrini, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığı gücləndirməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.
Əraqçi Mavritaniyanın xarici işlər naziri Məhəmməd Səlim Uld Mərzuqla telefon danışığı zamanı regiondakı son hadisələri və ikitərəfli münasibətləri müzakirə edib.
İranlı nazir Fələstinə dəstək göstərilməsi və İsrailin islam dünyasının maraqlarına qarşı “sui-qəsdlərinə” qarşı mübarizə aparılması üçün islam ölkələri arasında, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Tərəflər həmçinin ikitərəfli münasibətləri inkişaf etdirməyə və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyi gücləndirməyə hazır olduqlarını təsdiqləyiblər.
10:28 20.08.2026
Oxunuş sayı: 52