CROSSMEDIA - Analitik İnformasiya Portalı

Humanitar

14:45 23.10.2026

Nazir müavini Kənan Kərimzadə Səmərqənddə keçirilən “Uşaqların gələcəyinə investisiya” Qlobal Sammitində iştirak edib

40

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə 21–22 oktyabr tarixlərində Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Uşaqların gələcəyinə investisiya” Qlobal Sammitində iştirak edib. Crossmedia.az Nazirliyə istinadən xəbər verir ki, Nazir müavini sammit çərçivəsində “Keyfiyyətli və ömürboyu öyrənmənin təməli kimi erkən təhsilə investisiya” və “Süni intellektə hazırlıqdan məsuliyyətli tətbiqə” mövzularına həsr olunmuş sessiyalarda məruzə ilə çıxış edərək müvafiq mövzular üzrə panel müzakirələrinə qoşulub. Erkən təhsilə həsr olunmuş sessiyada Kənan Kərimzadə Azərbaycanda məktəbəqədər təhsil xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, yeni maliyyələşmə mexanizmlərinin tətbiqi və təhsilin keyfiyyətinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Nazir müavini valideyn-dövlət-özəl sektor arasında əməkdaşlığa əsaslanan model çərçivəsində özəl məktəbəqədər təhsil müəssisələrində təhsil haqlarının dövlət tərəfindən maliyyələşdirilməsi təcrübəsini bölüşüb. O, erkən təhsilə investisiyanın insan kapitalının inkişafı, uşaqların potensialının erkən yaşlardan dəstəklənməsi və onlar üçün bərabər imkanların yaradılması baxımından əhəmiyyətini vurğulayıb.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR