Putin Avropanı “siyasi şizofreniya”da ittiham edib
Rusiya Prezidenti Vladimir Putin Avropa ölkələrinin Rusiya ilə mümkün müharibəyə hazırlıq barədə bəyanatlarını “siyasi şizofreniya” adlandırıb.
Crossmedia.az xəbər verir ki, “İnterfaks” agentliyi bu barədə məlumat yayıb.
Putin oktyabrın 22-də jurnalist Pavel Zarubinə müsahibəsində Avropada Rusiyaya qarşı kampaniyanın aparıldığını bildirib.
“Onlar daim Rusiyadan gələn təhlükədən danışır və Rusiya ilə müharibəyə hazırlaşırlar. Məncə, bu, bir növ siyasi şizofreniyadır. Amma ümid edirəm ki, bu da nə vaxtsa keçəcək”, – deyə Rusiya lideri vurğulayıb.
Putin həmçinin Rusiyanın döyüş meydanında məğlub edilməsinin və ona strateji məğlubiyyət yaşadılmasının mümkün olmadığını iddia edib.
O, Avropa ölkələrinin Rusiya ilə qarşıdurma əvəzinə əməkdaşlığa üstünlük verməli olduğunu bildirib.
13:09 23.10.2026
Oxunuş sayı: 195