CROSSMEDIA - Analitik İnformasiya Portalı

Gündəm

13:32 09.03.2026

İranı Azərbaycanla düşmən etmək istəyənlər kimlərdir?- Türkiyəli polkovniklə müsahibə

40

Martın 8-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Prezident Məsud Pezeşkian dövlətimizin başçısının İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar İranın Azərbaycandakı səfirliyinə gələrək başsağlığı verməsinə, həmçinin İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib. Məsud Pezeşkian Naxçıvanın havadan atəşə tutulması ilə bağlı insidentin İranla əlaqəsi olmadığını deyərək, hadisənin araşdırılacağını vurğulayıb. Prezident İlham Əliyev İranda baş vermiş son hadisələrdə çox sayda mülki şəxslərin həlak olması ilə bağlı bir daha başsağlığını çatdırıb. Dövlətimizin başçısı Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini vurğulayıb. Telefon söhbəti əsnasında dövlət başçıları müştərək iqtisadi layihələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar. Görünən odur ki, İran Azərbaycanla münasibətlərin kəskinləşməsində maraqlı deyil. Buna baxmayaraq, rəsmi Bakı qarşı tərəfdən konkret izahat və üzr tələb edir. Çünki məsələ kifayət qədər ciddidir. Bir çox ekspertin fikrincə, proseslərdə "katalizatorun" olması istisna deyil. Elə isə "gizli əllər" kimə aiddir? Türkiyəli Beynəlxalq münasibətlər və təhlükəsizlik üzrə ekspert, ehtiyatda olan polkovnik dosent Sadık Akyar bu barədə Crossmedia.az-a müsahibə verib:

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR