Ukrayna “Flamingo” raketlərinin istifadəsini artırıb
Ukraynanın Rusiyaya qarşı “Flamingo” raketlərindən istifadəsini son aylarda artırdığı bildirilir. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, iyundan etibarən ən azı 57 raket ələ keçirilib, fevral-may aylarında isə bu rəqəm 31 olub.
Crossmedia.az xəbər verir ki, “Agentstvo” nəşrinin məlumatına görə, yalnız son iki həftədə Rusiya tərəfi 25 “Flamingo” raketinin vurulduğunu açıqlayıb. Ukrayna isə həyata keçirilən buraxılışların real sayını açıqlamır.
Yay aylarında Çeboksarı, Volqoqrad, Kirov və Samara şəhərlərindəki Rusiya müəssisələrinə ən azı dörd uğurlu “Flamingo” zərbəsinin endirildiyi təsdiqlənib. Hərbi analitiklər hücumların intensivliyinin artmasını raketlərin istehsalının genişləndirilməsi ilə əlaqələndirirlər.
18:45 16.08.2026
Oxunuş sayı: 53