Mahaçevdən möhtəşəm qələbə: Rekord yeniləndi
İslam Mahaçev UFC 330-un əsas döyüşündə İan Maçado Qerrini məğlub edərək yarımorta çəki üzrə çempion titulunu qoruyub. Döyüş beş raundun tamamında davam edib və rusiyalı idmançı hakimlərin yekdil qərarı ilə qalib gəlib — 49:46, 49:46, 48:47.
Crossmedia.az xəbər verir ki, UFC 330 Filadelfiyada keçirilib və Mahaçev yarımorta çəki üzrə titulunu ilk dəfə müdafiə edib.
34 yaşlı Mahaçev yüngül çəkidə uzunmüddətli dominantlıqdan sonra yarımorta çəkiyə keçib. O, 2025-ci ilin noyabrında avstraliyalı Cek Della Maddalenanı məğlub edərək bu çəkidə UFC çempionu olub.
Bu qələbə Mahaçevin UFC-də ardıcıl 17-ci qələbəsi olub və o, Anderson Silvanın 16 döyüşlük rekordunu geridə qoyub.
Döyüşdən əvvəl Konor Makqreqor Mahaçevin Qerriyə nokautla uduzacağını proqnozlaşdırmışdı.
09:47 16.08.2026
Oxunuş sayı: 46