Mahaçqalada qan davası zəminində qətl hadisəsi: cinayət işi açılıb
Dağıstanın Mahaçqala şəhərinin mərkəzində qan davası zəminində törədildiyi ehtimal olunan qətllə bağlı cinayət işi başlanıb.
Crossmedia.az ˝TASS˝-a istinadən xəbər veerir ki, bu barədə Rusiya İstintaq Komitəsinin nümayəndələri məlumat veriblər.
Məlumata görə, 44 yaşlı yerli sakinə 20 bıçaq xəsarəti yetirilib. Hadisənin motivləri və şübhəlilərin kimliyi ilə bağlı araşdırmalar davam etdirilir.
19:24 14.08.2026
Oxunuş sayı: 42